Bakı–Qəbələ qatarında dəyişiklik: Ucarda da dayanacaq

Azərbaycan Dəmir Yolları (ADY) sərnişinlər üçün daha bir yeniliyi elan edib.

Referans Media xəbər verir ki, 4 iyul 2026-cı il tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq edəcək.

 
Qeyd olunub ki, sərnişinlər qatarın hərəkət cədvəli ilə ADY-nin rəsmi internet səhifəsində və "ADY Mobile" tətbiqində tanış ola bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki