Referans.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, Arktik hava kütlələrinin ölkənin hava məkanına müdaxiləsi səbəbindən sinoptik vəziyyət dəyişəcək.
“Havanın küləkli, fasilələrlə yağıntılı keçəcəyi, qeyri-sabit hava şəraitinin isə sentyabrın 18-dək davam edəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 10-15°C aşağı enəcək. Ölkənin şimal bölgələrinin yüksək dağlıq ərazilərində isə yağıntıların arabir sulu qara keçəcəyi ehtimal olunur”.
