Bakıya sərnişin daşıyan avtomobil qəzaya uğrayıb, ölən var

Astaradan Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.

“Referans Media”nın məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki