Baş nazirdən DİN əməkdaşları ilə bağlı QƏRAR

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib.

Referans MEDİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi DİN və Maliyyə Nazirliyi tərəfindən təmin olunacaq.

Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) DİN-in xüsusi xəzinə hesabına köçürülməsini təmin edəcək.

Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənəcək:

– polis əməkdaşlarının mükafatlandırılmasına;

– polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;

– polis əməkdaşlarına maddi yardım göstərilməsinə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki