Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Alıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi (Baş prokurorun böyük köməkçisi) işləyib.
O, 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirdikdən sonra 2011-ci ildə Böyük Britaniyanın Kardiff Universitetində, 2013-cü ildə Niderland Krallığının Utrext Universitetində, 2021-ci ildə isə Beynəlxalq Antikorrupsiya Akademiyasında magistratura təhsili alıb.
