Baş Qərvənddə tikinti işləri davam etdirilir

Ağdamın Baş Qərvənd kəndində 479 hektardan artıq ərazidə tikinti işləri davam etdirilir.

Referans Media xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.

“Baş Qərvənddə yeni həyat addım-addım qurulur. 479 hektardan artıq ərazidə davam edən tikinti işləri gələcəyə olan inamın, doğma yurda qayıdış sevincinin və böyük ümidlərin təcəssümüdür”, – paylaşımda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki