Oman Sultanlığı Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Referans Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, tədbirə qatılan bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki