DÇ-2026: Portuqaliya yığması Özbəkistana böyük hesabla qalib gəldi

Portuqaliya Özbəkistan üzərində böyük hesabla qələbə çalıb. 

Portuqaliya 5 – 0 Özbəkistan

***

Portuqaliyalı futbolçu Rafael Leao komandasına 5-ci qolu qazandırıb. 

Referans Media xəbər verir ki, meydana çıxdıqdan cəmi 4 dəqiqə sonra, oyunun 87-ci dəqiqəsində Leao rəqib qapısının torunu silkələyə bilib.

***

Portuqaliya top fərqini 4-ə qaldırıb, lakin bu dəfə avtoqolla. 

Referans Media xəbər verir ki, oyunun 60-cı dəqiqəsində Abduvohid Nematovun ayağına toxunan top Özbəkistan qapısından keçib.

***

Ronaldo dubl edib. Qarşılaşmanın 39-cu dəqiqəsində Özbəkistan qapısında üçüncü qolu görüb. 

Qeyd edək ki, oyunun 29-cu dəqiqəsində Özbəkistan Portuqaliya qapısına dəqiq zərbə endirsə də, qayda pozuntusu səbəbindən qol hesaba alınmayıb.

***

Nuno Mendeş Portuqaliyanı hesabda bir top fərqi ilə daha irəli çıxarıb. 

Referans Media xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində futbolçunun qolu ilə Portuqaliya və Özbəkistan milliləri arasında top fərqi 2-yə çatıb.

***

Matçın 6-cı dəqiqəsində hesab açılıb. 

Referans Media xəbər verir ki, Ronaldo Portuqaliyaya ilk qol sevincini yaşadıb.

***

Futbol üzrə dünya çempionatında növbəti qarşılaşma start götürüb. 

Referans Media xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə qarşılaşır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki