Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Kərimov Polşa ərazisində saxlanılıb.
Referans.az DİN-ə istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
