Beynəlxalq olimpiadadan 4 bürünc medalla qayıtdılar

Şagirdlərimiz 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasından (EuPhO) 4 bürünc medalla qayıdıblar. 

Bu barədə Referans Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi,

Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi,

Murad Xəlil – Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi,

Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi,

Qeyd edək ki, bu il 41 ölkədən 200 şagirdin yarışdığı mötəbər turnir 2018-ci ildən keçirilir və Avropanın ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki