Xəbər verdiyimiz kimi, tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb. İyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilən, oradan da Diaqnostika Mərkəzinə gətirilən aktyor Vüsal Murtuzəliyevə anevrizma diaqnozu qoyulub, anjio (anjioqrafiya) olunub.
Referans xəbər verir ki, bu barədə aktyor öz sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
“Mənim üçün bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacam”, – V. Murtuzəliyev yazıb.
Aktyor bacısı Dilarə Əliyevaya, həkimlərə və onunla maraqlanan, kömək etmək istəyən hər kəsə təşəkkür etdiyini qeyd edib./Globalinfo.az