Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb – FAKTİKİ HAVA

  Bəzi dağlıq və dağətəyi rayonlarda – Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

Referans-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki