Gəncədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları və nöqsanlar aşkarlanıb.
Referans Media bildirir ki, iki həftə davam edən yoxlamalar Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın poliklinika şöbəsində, Zülfüqar Məmmədov adına Xəstəxanada, həmin tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, eləcə də Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında aparılıb.
Yoxlamalar nəticəsində adıçəkilən tibb müəssisələrində ciddi qanun pozuntuları və müxtəlif nöqsanlar qeydə alınıb.
Aşkarlanan nöqsanlarla bağlı tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Onlardan bəziləri ilə bağlı yaxın günlərdə yekun qərarın veriləcəyi bildirilib.
