Biləsuvarda ağır qəza: ölən və yaralananlar var – FOTO

  Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Referans.az  “Report”a istinadən bildirir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” və “Mersedes” markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.

 Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki