ABŞ prezidenti Donald Tramp tanınmış televiziya aparıcısı Cimmi Kimmelin proqramında həyat yoldaşı Melaniya Tramp haqqında səsləndirdiyi zarafata sərt reaksiya verib.
Referans Media xəbər verir ki, məsələ Kimmelin “Jimmy Kimmel Live!” verilişində səsləndirdiyi monoloqdan sonra gündəmə gəlib. Aparıcının Melaniya Tramp barədə işlətdiyi “dul olması gözlənilən” ifadəsi Ağ Ev çevrəsində ciddi narazılıq doğurub.
Tramp sosial şəbəkədəki paylaşımında bu sözləri “qəbulolunmaz” adlandıraraq, Kimmelin dərhal işdən uzaqlaşdırılmalı olduğunu bildirib. O, həmin ifadələri hətta “şiddətə çağırış” kimi qiymətləndirib.
Tramp qeyd edib ki, bu cür çıxışlar artıq sadəcə yumor çərçivəsini aşır və cəmiyyətdə gərginliyi artırır. Onun fikrincə, mediada bu tip ifadələr dolayısı ilə zorakılığa təşviq edə bilər.
Melaniya Trampda məsələ ilə bağlı açıqlama verərək Kimmelin sözlərini tənqid edib. O bildirib ki, səsləndirilən fikirlər “komediya deyil” və cəmiyyətdə parçalanmanı dərinləşdirir.
Ağ Evin sözçüsü Karolin Livitt hadisəni “ağlasığmaz” adlandıraraq, bu cür çıxışların bəzi insanları təhlükəli addımlara sövq edə biləcəyi barədə xəbərdarlıq edib.
Tramp həmçinin verilişin yayımlandığı “ABC” və onun sahibi “The Walt Disney Company” rəhbərliyinə müraciət edərək aparıcının işdən çıxarılmasını tələb edib.
Baş verənlər ABŞ-da media azadlığı və siyasi təzyiqlər mövzusunu yenidən müzakirə predmetinə çevirib. Hadisə göstərir ki, sadə bir televiziya zarafatı belə ölkədə daha geniş siyasi və ictimai debatlara səbəb ola bilir.























