ABŞ-ın münaqişəni həll edə bilməməsi və amerikalı əsgərlərin təhlükəsizliyinə zəmanət verməkdən imtina etməsi səbəbindən Avropa İttifaqı (Aİ) və Britaniya Ukraynaya qoşun göndərmək planlarını müvəqqəti olaraq dayandırıb.
Bu barədə Qərb mediası məlumat yayıb.
Məqalədə qeyd olunur ki, “istəklilərin koalisiyası” gələcək müzakirələrdə Kiyevə dəstəyi davam etdirmək niyyətində olsa da, əvvəlki planlara nisbətən daha ehtiyatlı və yumşaldılmış yanaşma müşahidə olunur.
Daha əvvəl Britaniya və Fransanın Ukraynaya sülhməramlı qüvvələr yerləşdirmək planı üzərində çalışdığı bildirilmişdi. Lakin həmin planlar hazırda atəşkəs danışıqlarının bərpası fonunda təxirə salınıb.
Bununla yanaşı, London və Paris ABŞ-ın Ukrayna-Rusiya sərhədində kəşfiyyat məlumatlarının ötürülməsi və monitorinq prosesində iştirakını davam etdirəcəyinə ümid edir./globalinfo.az