Britaniya İranın hücumlarını dəf etmək üçün tərəfdaşlarını ZRK ilə tədarük edəcək

Böyük Britaniya İranın hücumlarının qarşısını almaq üçün yaxınmənzilli zenit-raket komplekslərini (ZRK) təcili qaydada Yaxın Şərqdəki tərəfdaşlarına göndərəcək.

Referans Media-nın  məlumatına görə, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmer İcmalar Palatasının (aşağı palata) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.

“Biz Bəhreyn ərazisində yaxınmənzilli zenit-raket sistemlərinin sürətləndirilmiş qaydada yerləşdirilməsini həyata keçiririk. Bu məsələ ötən həftəsonu təcili qaydada qaldırılıb. Analoji tədbirlər Küveyt və Səudiyyə Ərəbistanı ilə bağlı da tərəfimizdən görülür”, – o bəyan edib.

Starmer həmçinin qeyd edib ki, İranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə hərbi bazasına doğru atdığı raketlər hədəfinə çatmayıb.

“İki raket Dieqo-Qarsiyaya çatmayıb”, – Britaniya hökumətinin başçısı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki