İtaliya, Fransa, Almaniya və Böyük Britaniya Tehran və Vaşinqton arasında əldə edilən razılaşmadan sonra İrana qarşı sanksiyaları ləğv etməyə hazırdırlar.
Referans Media xəbər verir ki, bu barədə dörd Avropa ölkəsinin birgə bəyanatında bildirilib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi 19 iyunda İsveçrədə imzalanacaq anlaşma memorandumunun tamamlandığını təsdiqləyiblər.
İtaliya hökumətinin yaydığı bəyanatda deyilir:
"ABŞ və İran arasında anlaşma memorandumunun elan edilməsini səmimi qəlbdən alqışlayırıq... İran nüvə silahı əldə etməməlidir. Biz bu məsələdə ABŞ, İran və MAQATE ilə işləməyə hazırıq. İranın nüvə proqramı ilə bağlı açıq və etibarlı addımlarına cavab olaraq müvafiq sanksiyaları ləğv etməyə hazırıq".
Böyük Britaniyanın Baş naziri Kir Starmer xüsusi olaraq qeyd edib ki, London, zərurət yaranarsa, mina təmizləmə üçün Parislə birlikdə aparıcı rol oynadığı "müstəqil çoxtərəfli missiya" yaratmağa hazırdır./Publika.az
