Xərçəng çox vaxt səssiz başlayır və erkən mərhələdə digər xəstəliklərlə çaşdırıla biləcək vəziyyətlərlə özünü göstərir. Erkən diaqnoz müalicənin uğur şansını xeyli artırır.
Referans xəbər verir ki, həkimlərin diqqət çəkdiyi əsas göstəricilər bunlardır:
İzah olunmayan çəki itkisi 5 kq və daha çox.
Yetərincə dincəlməyə baxmayaraq keçməyən yorğunluq.
Səbəbi bilinməyən və uzun müddət davam edən ağrılar.
Bədənin hər hansı hissəsində yeni yaranan və böyüyən şişkinliklər.
Dərinin forması və rəngi dəyişən ləkələr və yaralar.
Bağırsaq və sidik yollarında səbəbsiz dəyişikliklər.
Üç həftədən çox davam edən öskürək və ya səsdə dəyişiklik.
Udma çətinliyi.
Sidikdə, nəcis və ya bəlğəmdə qan görünməsi.
Gecə tərləmələri və səbəbsiz qızdırma.
Mütəxəssislər vurğulayır ki, bu vəziyyətlər dərhal tibbi müayinə tələb edir. Xüsusilə mədəaltı vəzi, dəri, beyin və ağciyər xərçəngi kimi növlərdə erkən aşkar olunma həyati önəmə malikdir.