Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.
Referans Media xəbər verir ki, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.























