image-sokuntu-evbackend

Bu ərazidəki tikillər SÖKÜLDÜ – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb.

Referans Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciətlər əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və müvafiq icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki