Bu ərazilərdə parklanma yerləri LƏĞV EDİLDİ

Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Referans Media  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.


- Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,

- Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,

- Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,

- Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,

- Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxanasının,
- Əcəmi Naxçıvani küçəsi, "Medera Hospital"ın,

- Natiq Əhmədov küçəsi, "Məlhəm Beynəlxalq Hospitalı"nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.

Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki