“Ermənistan Respublikasının və bizim hakim Mülki Müqavilə Partiyasının gündəliyində ermənilərin kollektiv şəkildə Qarabağa qayıdış məsələsi yoxdur”.
Referans xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim fraksiyasının deputatı Arusyak Culakyan deyib.
Culakyan, bunu istəyən Qarabağ ermənilərinin geri qayıda biləcəyini söyləyib:
“Əgər belə bir şey istəyən şəxslər varsa, onlar ayrı-ayrılıqda müraciət edə bilərlər. Lakin kollektiv şəkildə köçürülmə mümkün deyil. Çünki bunun üçün heç bir real imkan və mexanizm yoxdur. Nə qədər ki, biz hakimiyyətdəyik, belə bi şeyə icazə verməyəcəyik. Qayıdan şəxslər də Azərbaycan Respublikasının vətəndaşı kimi bunu edəcəklər. Ermənistan Qarabağa görə özünü kifayət qədər təzyiq altında qoyub. Sonunda biz nə özümüzü, nə də oranı qoruya bildik”.(Globalinfo.az)