Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mülki əhalisinə qarşı həyata keçirdiyi hər bir hücumun sərt cavabla qarşılanacağı bildirilib.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunan iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri qəsdən mülki hədəfləri və mülki şəxsləri hədəf alır. Nebenzya vurğulayıb ki, dinc Rusiya vətəndaşlarına qarşı edilən hər bir hücum cavabsız qalmayacaq.
Rusiyalı diplomatın iddiasına əsasən, təkcə 2025-ci ilin dekabr ayında Ukrayna qüvvələrinin hücumları nəticəsində 56 nəfər həlak olub, ən azı 367 nəfər yaralanıb. O qeyd edib ki, bu hücumların hamısı mülki əhali ilə bağlı olub.
Nebenzya əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski üçün sülh danışıqlarının şərtləri itirilən hər günlə daha da pisləşir
“Kiyev rəhbərliyi reallığı qəbul edib real danışıqlar şərtlərinə razılaşana qədər problemləri hərbi yolla həll etməyə davam edəcəyik”, – deyə Nebenzya bildirib.//publika.az























