image-nazirler-kabinetibackend

Bu mallara qarşı nəzarət tədbirləri görüləcək – RƏSMİ

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiqlənib.

Referans Media-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri Qanunun tələbləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq Azərbaycan

Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki