Bu ölkə iranlılara giriş qadağası qoydu

İran vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi və ya ölkənin hava limanlarında transferi qadağan edilib.

Referans Media  globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Emirates” aviaşirkəti məlumat yayıb.

“Əmirliklərə giriş tələblərini yoxlamaq istəyən istifadəçilər veb saytdakı xüsusi bölmədə “vətəndaşlıq” sahəsinə “İran” yazdıqda müvafiq məlumatlar görünür”, – deyə bildirilib. Aviaşirkət qeyd edir ki, qadağa BƏƏ-nin “qızıl vizası” olan, iri investorlara və iş adamlarına verilən 5-10 illik yaşayış icazəsi sahiblərinə şamil edilmir.

BƏƏ hakimiyyəti hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki