İngiltərədə həkim-rezidentlər beşgünlük tətilə başlayıblar.
Bu addım uzun müddətdir davam edən əməkhaqqı mübahisəsi fonunda atılıb.
Bildirilir ki, həkim-rezidentlər xəstəxanalardakı tibbi heyətin təxminən yarısını təşkil etdiyinə görə ən böyük yük məhz xəstəxanaların üzərinə düşəcək.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) xidmətlərin böyük hissəsini fəaliyyətdə saxlamağa çalışdıqlarını açıqlayıb.
Qeyd edək ki, bu, Britaniya Tibb Assosiasiyasına üzv olan həkimlərin artıq 13-cü tətil aksiyasıdır./Publika.az
