Bu ölkədə iki dəhşətli zəlzələ: binalar dağıldı, ölü sayı kəskin artdı – VİDEO

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 188 nəfərə çatıb, 1520 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges dövlət televiziyası VTV-də yayımlanan çıxışı zamanı məlumat verib.

“Hazırda böyük təəssüf hissi ilə bildiririk ki, zəlzələ nəticəsində 188 venesuelalı həyatını itirib. Yaralanan 1 520 nəfər xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir. Bundan başqa, 157 nəfər itkin düşmüş hesab olunur”, – deyə o bildirib.

Rodriges qeyd edib ki, hazırda 200-dən çox insanın binaların dağıntıları altında qaldığı ehtimal edilir.

“Biz insanların mümkün qədər çoxunu xilas etmək üçün zamanla gərgin mübarizə aparırıq”, – deyə Milli Assambleyanın sədri vurğulayıb./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki