image-edam-gullebackend

Bu ölkədə xarici seriallara baxanlar küçədə güllələnir

“Şimali Koreya lideri Kim Çen In xarici seriallara baxanları edam edir”.

Referans Media  xəbər verir ki, bununla bağlı xarici mediada maraqlı hesabat yayılıb.

“Şimali Koreyada edamların sayının COVID-19 pandemiyası dövründə kəskin şəkildə artıb. Hesabatda ümumilikdə, yüzlərlə insanın iştirak etdiyi 144 edam və ölüm hökmü işi araşdırılıb.

Pandemiyadan sonrakı dövrdə “xarici mədəniyyət” fəaliyyətləri, xüsusən də Cənubi Koreya filmlərinin, seriallarının və musiqilərinin istehlakı ilə bağlı ölüm hökmlərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub”, – deyə bildirilib.

Məlumata görə, Kim Çen İnin tənqid edilməsi kimi siyasi cinayətlərə görə edamların sayında da artım var:

“Edamların təxminən dörddə üçü ictimaiyyət qarşısında həyata keçirilib və əksəriyyəti güllələnib.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bildiriblər ki, Şimali Koreyada insan haqları ilə bağlı vəziyyət son on ildə yaxşılaşmayıb, əksinə bir çox sahələrdə daha da pisləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki