Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Qaradağlı kəndində Ramiz Qəzənfər oğlu Məmmədova məxsus “Ağdam” şadlıq evində yoxlama keçiriblər.

Agentlikdən Referahs Media-ya verilən məlumata görə, yoxlama zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki