Bu şəhərdən Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılırbackend

Bu şəhərdən Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılır

  Gəncədən Kəlbəcər və Ağdərə şəhərlərinə avtobus reyslərinin təşkili nəzərdə tutulur.

Referans bildirir ki, bu barədə Teleqraf-ın yerli bürosuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsindən məlumat verilib.

“Hazırda bu istiqamətdə iş aparılır. Sakinlərimizin bu şəhərlərə köçməsindən sonra bu reyslər istifadəyə veriləcək. Reyslərin açılması üçün müsabiqə elan olunacaq və müsabiqədə qalib gələn şirkət bu reysləri təmin edəcək” – deyə məlumatda bildirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki