Numerologiyada doğum tarixi insanın xarakterinə, həyat yoluna və taleyində qarşılaşacağı çətinliklərə təsir edən əsas amillərdən biri hesab olunur.
Referans Media xəbər verir ki, bu sahə üzrə aparılan araşdırmalarda bəzi tarixlər “çətin enerji daşıyan” və ya “uğurun gec gəldiyi” günlər kimi təqdim edilir. Məhz bu tarixlərdə doğulan insanlar həyatda daha çox maneə ilə üzləşə bilirlər.
Ayın 13-ü numerologiyada ən çox müzakirə olunan tarixlərdən biridir. Bu gün karmanın ağır olduğu, insanın həyatında uğurun zəhmətlə və gec əldə edildiyi tarix kimi xarakterizə olunur. Ayın13-də doğulanlar tez-tez səbir sınaqları ilə qarşılaşır.
Ayın 14-ü dəyişkənlik və qeyri-sabitlik rəqəmi kimi şərh edilir. Bu tarixdə doğulan insanların həyatında tez-tez istiqamət dəyişiklikləri, yarımçıq qalan planlar və qərarsızlıq halları müşahidə oluna bilər.
Numerologiyada 22 “ustad rəqəm” hesab edilsə də, onun enerjisinin ağır olduğu vurğulanır. Ayın 22-də doğulanlar böyük potensiala malik olsalar da, bu potensialı reallaşdırmaqda çətinlik çəkə, psixoloji gərginlik və məsuliyyət yükü altında qala bilərlər.
Bundan başqa, numeroloji təhlillərdə fevralın 29-u xüsusi riskli tarix kimi göstərilir. Bu tarixdə doğulanların həyat ritminin qeyri-adi olduğu, uğurun isə digərlərinə nisbətən daha gec gəldiyi iddia olunur.
Araşdırmada həmçinin noyabr və dekabr aylarında doğulanlar da qeyd edilir.
Numerologiyaya görə, ilin son ayları yorğun enerji daşıyır və bu aylarda doğulan insanlar həyatın ilkin mərhələsində daha çox çətinliklə üzləşə bilirlər/sfera.az





















