Bu tarixlərdə qatarlar şənbə-bazar qrafiki ilə hərəkət edəcək

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə hərəkət edəcək.

Bu barədə Referans Media-ya  "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Sərnişinlər hərəkət cədvəli ilə səhmdar cəmiyyətinin saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki