image-alek46backend

Bu üç ölkə birləşdi: Serbiyaya hücum ediləcək – Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Albaniya, Xorvatiya və Kosovo hərbi alyans formalaşdırır və Belqrad bunu ölkəyə qarşı mümkün hücum hazırlığı kimi qiymətləndirir.

Referans Media  xəbər verir ki, Vuçiçin sözlərinə görə, bu dövlətlər alyans yaradaraq uyğun anı gözləyirlər:

“Onlar bizə hücum etmək üçün alyans qururlar. Uygun anı gözləyirlər. Biz isə onların hücumuna hazırlaşırıq”, – deyə Vuçiç bildirib.

Serb lideri ehtimal olunan addımların böyük beynəlxalq böhranlarla üst-üstə düşəcəyini qeyd edib. Onun fikrincə, bu, Avropa ölkələri ilə Rusiya arasında böyük bir qarşıdurma zamanı və ya Yaxın Şərqdə geniş miqyaslı böhran şəraitində baş verə bilər.

Eyni zamanda Vuçiç vurğulayıb ki, Serbiya qonşu dövlətlərə hücum etməyi planlaşdırmır və öz hərəkətlərini yalnız müdafiə məqsədli hesab edir.

Qeyd edək ki, bu bəyanatlar Xorvatiya, Albaniya və Kosovo arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanandan sonra səslənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki