image-puljekbackend

Bu uşaqlara görə hər ay 105 manat verilə bilər – 18 yaşa qədər…

“Milli Məclisin müzakirələrində təqdim olunan təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına baxılması və beşdən üçə endirilməsi ilə bağlıdır. Hazırda beş və daha çox uşağı olan ailələrin sayı çox deyil və eyni zamanda ailələrdə uşaqların sayında azalmalar var”.

Referans-ın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat təklif edib ki, üç və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunsun və bu ailələrdə valideynlərin daha tez pensiyaya çıxmasına imkan yarada bilər:

“Eyni zamanda, çoxuşaqlı ailələr dövlətdən müavinət alır. Söhbət aylıq 105 manat müavinətdən gedir. Bu, hər uşaq üçün 18 yaşadək ödənilən vəsaitdir. Ona görə də çoxuşaqlı ailə anlayışının dəyişməsi həmin ailələrin dövlət büdcəsindən aylıq olaraq hər uşaq üçün müavinət almasına gətirib çıxara bilər.

Bununla bağlı Əmək və Sosial siyasət komitəsində müzakirələr aparılıb və təkliflərimiz qurumlara təqdim olunub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki