Gecə ərzində İran ilə İsrail arasında baş verən qarşılıqlı hücumlar ABŞ ilə olan qarışıq və xaotik diplomatik prosesi daha da gərginləşdirəcək.
Referans Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət Tehran ilə Vaşinqton arasında olan şübhələri daha da dərinləşdirəcək.
Bəqayi iddia edib ki, ABŞ son atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıyır və İsrail Vaşinqtonla məsləhətləşmədən müstəqil şəkildə hərəkət etmir. /Publika.az
