image-cemil-quliyevbackend

Cəmil Quliyev yüksək vəzifəyə təyin olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.

Referans xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev təyinat alıb.

Cəmil Quliyev 2006–2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011–2013-cü illərdə “Mədəniyyət” kanalına, 2013–2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib.

2018–2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019–2020-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki