Çimərlikdə gün vuran yeniyetmə…backend

Çimərlikdə gün vuran yeniyetmə…

Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki