Çin avtomobili almaq istəyənlərin nəzərinə: Bunlara diqqət edin – VİDEObackend

Çin avtomobili almaq istəyənlərin nəzərinə: Bunlara diqqət edin – VİDEO

Son model avtomobil qəzaya uğrayıb. Amma avtomobildə heç bir təhlükəsizlik yastığı açılmayıb. Sosial şəbəkələrdə bununla bağlı videogörüntülər paylaşılıb.

Bu hadisə hər kəsdə sual doğurur: elə də ucuz qiymətə olmayan yeni avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmayıb?

Referans.az-ın məlumatına görə, usta Sahil Ağabəyli deyir ki, avtomobil kənardan zərbə alanda təhlükəsizlik yasıqtlarının sensorları bəzən onu qəza kimi qəbul etmir. Ona görə də təhlükəsizlik yastıqları açılmaya bilər. Onun fikrincə, hətta sensorlar qəzanın ağırlıq dərəcəsini və zərbənin hansı bucaqdan dəyməsini belə düzgün hesablayır.

Ara küçələrdə və ya dalanlarda bəzi sürücülər çox vaxt təhlükəsizlik kəmərindən istifadə etmirlər. Amma bu da həmin yastıqların açılmamasına səbəb ola bilir. Buna görə də mütəxəssislər əlavə edirlər ki, təhlükəsizlik yastıqlarının işləməsi üçün sürücünün kəmərdən istifadə etməsi də əsas şərtlərdəndir.

Təhlükəsizlik kəməri taxılmayanda yastıqlar çox vaxt aktiv olmur. Çünki sistem sürücünü qoruma mexanizmini məhz kəmərlə birlikdə işə salır. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, sürücülər təhlükəsizlik kəmərindən istifadə etməklə yanaşı, avtomobilin təhlükəsizlik yastıqlarının sensorlarının texniki vəziyyətinə də daim nəzarət etdirsinlər.

mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki