Çin yeni avtomobillərdə bunları qadağan edir

Çin avtomobillərdə gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə olacaq.

Referans Media xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Məlumata görə, 1 yanvar 2027-ci il tarixindən etibarən bütün yeni modellərdə qapıların əllə açılması təmin edilməlidir. Artıq təsdiq edilmiş yeni modellər üçün avtomobil istehsalçıları 1 yanvar 2029-cu il tarixinə qədər qaydalara uyğun dizayn dəyişiklikləri etməlidirlər.

Bu qərar sərnişinlərin elektron nasazlıq səbəbindən ilişib qaldığı bir sıra ölümcül qəzalardan sonra qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki