backend

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Aprelin 28-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat Xidmətindən Referans Media-ya  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki