image-corekbackend

Çörəklə bağlı düşünülən düz çıxdı — Alimlər açıqladı

rıqlamaq üçün yalnız kaloriləri hesablamağın kifayət etdiyini düşünürsünüzsə, yanılırsınız, çünki yediyiniz bir dilim çörək bədəninizdəki genləri tamamilə fərqli şəkildə hərəkətə gətirə bilər. Yaponiyalı mütəxəssislərin son araşdırması sübut edir ki, qidanın tərkibi çəki artımında enerjinin miqdarından daha həlledici rol oynayır.

Referans Media  xəbər verir ki, Osaka Şəhər Universitetinin tədqiqatçıları un məmulatlarının orqanizmdə piy yığılması prosesini necə sürətləndirdiyini üzə çıxarıblar. “Molecular Nutrition & Food Research” nəşrində yayımlanan elmi işin nəticələrinə görə, maddələr mübadiləsinin iş prinsipi birbaşa qəbul edilən məhsulun növündən asılıdır.

Alimlər laboratoriya siçanları üzərində apardıqları sınaqlarda heyvanları eyni kalori dəyərinə malik müxtəlif menyularla qidalandırıblar. Bir qrup adi yemlərlə, digər qrup isə buğda və düyü unu ilə zənginləşdirilmiş rasionla bəslənib. Məlum olub ki, eyni miqdarda enerji qəbul etmələrinə rəğmən, un məmulatları yeyən heyvanların bədənində piy qatı sürətlə artıb.

Tədqiqatın ən diqqətçəkən məqamı unlu qidaların genetik səviyyədə yaratdığı dəyişiklikdir. Belə ki, bu məhsullar karbohidratların yağa çevrilməsini təmin edən xüsusi genləri aktivləşdirir və bədənin enerji sərf etmək qabiliyyətini zəiflədir. Nəticədə orqanizm daxil olan enerjini yandırmaq əvəzinə, onu ehtiyat piy kimi toplamağa proqramlaşdırılır.

Yaxşı xəbər budur ki, bu proses geri dönməz deyil. Heyvanlar təkrar normal qidalanma rejiminə keçdikdə orqanizmdəki mənfi dəyişikliklər tədricən yoxa çıxıb. Hazırda mütəxəssislər tam taxıllı məhsulların bu prosesə təsirini və eyni mexanizmin insanlarda nə dərəcədə dəqiq işlədiyini öyrənməyə davam edirlər..

Qısası, çəki artımı yalnız çox yeməklə bağlı deyil, çörək və un məmulatları bədənin enerjini yandırmasına mane olaraq, az yesəniz belə, piylənməyə yol aça bilər./Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki