Referans Media xəbər verir ki, bu barədə respublika üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə iyunun 9-u axşam saatlarında Kizilyurt şəhərində baş verib və partlayışlar alovla müşayiət olunub. Partlayan qaz kəmərinin diametri 1200 mm-dir. Hadisə yerinə dərhal zəruri qüvvələr cəlb edilib; ümumilikdə Rusiya Fövqəladə Hallar üçün Vahid Dövlət Sistemindən (RSÇS) 25 nəfər və yeddi texnika, o cümlədən FHN-dən 12 nəfər və üç texnika əraziyə göndərilib./publika.az
