Ukraynanın “Kardinal” komandasının keçmiş futzalçısı Eduard Petrik rus işğalçıları ilə müharibədə həlak olub.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna Futzal Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Futzal karyerasını başa vurduqdan sonra Eduard Ukrayna Silahlı Qüvvələrinə qoşulub və Ukrayna dövlətinin azadlığını və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edib.
Qəhrəman snayper kimi xidmət edirdi. Onun son döyüşü 37 yaşında Xarkov vilayətində olub.























