Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ölkəsinin İranla münaqişədə qələbə qazandığını elan edib.
O, bu barədə sosial media hesabında paylaşım edib. Qarqaş bildirib ki, BƏƏ suverenliyini və milli ləyaqətini qoruyaraq, “məkrli təcavüz” qarşısında mühüm nailiyyətlər əldə edib.
“Bu gün biz daha böyük etimad, daha dəqiq bilik və gələcəyə təsir göstərmək, onu formalaşdırmaq üçün daha güclü imkanlarla mürəkkəb regional arenada irəliləyirik”, – deyə Qarqaş vurğulayıb.//globalinfo.az






















