Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurdu

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Referans Media xəbər verir ki,  hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. (Apa.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki