Dəhşətli hadisə: Sumqayıtda yanan evdən cəsəd tapıldı

Sumqayıt şəhərində evdə yanğın hadisəsi baş verib. Referans Media  xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər və yanğın söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı evdən 1969-cu il təvəllüdlü Səxavət Hidayət oğlu Səmədovun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki