Dəhşətli zəlzələdən sonra 936 afterşok qeydə alındı

Meksikada 6,5 ​​val gücündəki zəlzələdən sonra 936 afterşok qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Ən güclü afterşok 4,7 maqnitudada olub.

Xatırladaq ki, yanvarın 2-də baş verən zəlzələnin episentri Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki