backend

Dəm qazından boğularaq ölən Altay hərbçi imiş

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər və arvad dəm qazı sızmasından boğularaq ölüblər.

Referans Media  bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.

Mərhumun həyat yoldaşı, 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.

Onların 2 yaşlı övladı həmin gün nənəsigildə olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki