Türkiyənin Mersin vilayətinin Silifke rayonunda yerləşən Yapraklı Koy çimərliyində baş verən hadisə istirahət edənlərin diqqət mərkəzinə çevrilib.
Referans Media xəbər verir ki, dənizə girən şəxslər arasında naməlum səbəbdən yaranan mübahisə qısa müddət sonra fiziki qarşıdurmaya çevrilib.
Hadisə zamanı bir neçə nəfərin suyun içində bir nəfərlə dava etdiyi görüntülər ərazidə olan şəxslər tərəfindən mobil telefonla qeydə alınıb.
Şahidlərin müdaxiləsindən sonra tərəflərin ayrıldığı bildirilir. Hadisə zamanı ətrafdakı insanlar narahatlıq yaşayıb və baş verənləri lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Yayılan görüntülərdən sonra ictimai yerlərdə təhlükəsizlik məsələləri yenidən müzakirə mövzusuna çevrilib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.
